ŞUŞA'DA DÜZENLENEN ULUSLARARASI BİLİM KONGRESİ BENİM İÇİN SADECE BİR ETKİNLİK DEĞİL, HAYATIM BOYUNCA UNUTAMAYACAĞIM BİR YAŞAM DERSİ OLDU...
Şuşa, Hankendi ve Laçın'da düzenlenen Uluslararası Bilim Kongresi'ne katılmak, bilimsel bir bildiri sunmak ve bu vesileyle sertifika ile onurlandırılmak benim için büyük bir gurur kaynağı oldu.
Ancak bu yolculuğun en değerli yönü yalnızca bilimsel oturumlar ve akademik tartışmalar değildi.
Farklı ülkelerden gelen profesörler, akademisyenler, araştırmacılar, gazeteciler ve aydın gençlerle birlikte Karabağ'ın özgür nefesini hissettik. Yıkılmış yerleşim yerlerini gördük, Azerbaycan Devleti'nin gerçekleştirdiği büyük yeniden imar ve kalkınma çalışmalarına yakından tanıklık ettik.
Her adımda kazanılan büyük zaferin gururunu yaşarken, gördüğümüz her güzelliğin ardında aziz şehitlerimizin kutsal emeklerini ve fedakârlıklarını hissettim. İtiraf etmeliyim ki, gözyaşlarıma hâkim olamadım.
Bu ziyaret sırasında hafızama kazınan en anlamlı anlardan biri de değerli aydın Elvin Ahmedov'un genç üniversite öğrencileriyle gerçekleştirdiği samimi buluşma oldu. Yazarı olduğu kitapları gençlere hediye ederek onlarla uzun uzun sohbet etti; bilimin, okumanın ve vatana hizmet etmenin önemini anlattı. Her öğrenciye gösterdiği özel ilgi ve içten yaklaşımı, hayat tecrübelerini paylaşması, geleceğe dair umut veren tavsiyeleri ve milli-manevi değerler konusundaki görüşleri herkes üzerinde derin bir etki bıraktı. Böylesine değerli aydınların varlığı, genç nesiller için önemli bir örnek oluşturmakta ve geleceğimizin bilinçli, eğitimli ve vatansever bireyler üzerine inşa edildiğini bir kez daha göstermektedir.
Bu tür ziyaretler; tarihimizin yaşatılması, gerçeklerimizin dünyaya anlatılması ve genç kuşaklarda vatan sevgisinin güçlendirilmesi açısından son derece önemlidir. Dileğim, akademisyenlerimizin, aydınlarımızın ve öğrencilerimizin bu kutsal toprakları daha sık ziyaret etmeleridir.Bu anlamlı uluslararası organizasyonun gerçekleştirilmesinde emeği geçen Azerbaycan ve Türkiye'deki üniversitelere, tüm organizasyon komitesine ve katkı sağlayan herkese içten teşekkürlerimi sunuyorum.
Özellikle bizleri ortak bir ideal etrafında buluşturan, Karabağ'ın tarihini, acılarını ve zaferini yüreğimizde hissettiren, büyük özveriyle çalışan değerli aydınlarımıza ve saygıdeğer organizatörlerimize şükranlarımı sunuyorum. Onların emekleri sayesinde bu gezi yalnızca bilimsel bir etkinlik değil, aynı zamanda milli hafızamızı güçlendiren unutulmaz bir tarih dersi oldu.
Ve bu yolculuk bana bir başka büyük zenginlik daha kazandırdı. Öyle dostluklar kuruldu ki, isimlerini yazmaya gerek bile yok... Beş yürek artık birbirini yalnızca bakışlarından tanıyor. Çünkü bazen en sağlam dostluklar, aynı yolda yürürken, aynı duyguları paylaşırken dökülen beş çift gözyaşıyla başlar. Siz kendinizi zaten biliyorsunuz.
Karabağ bizim gururumuzdur.
Aziz şehitlerimizi rahmet ve minnetle anıyor, kahraman gazilerimize sağlık, huzur ve uzun ömür diliyorum.
Yaşasın bağımsız ve muzaffer Azerbaycan Devleti!
Sona Abbasəliqızı_Kaya Haber Ajansı_ Bakü
Arazın sirrində itib-batan bir ömür
Səməd Behrəngi niyə bu gün də milyonların vicdanıdır?
Tarix elə insanlar yetişdirir ki, onların ömrü qısa, mənəvi ömrü isə əbədi olur. Belə şəxsiyyətlərdən biri də Güney Azərbaycanın böyük oğlu, müəllim, yazıçı, folklor toplayıcısı və azad düşüncənin carçısı Səməd Behrəngidir.
1939-cu il iyunun 24-də Təbrizdə yoxsul bir fəhlə ailəsində dünyaya göz açan Səməd Behrəngi uşaqlıqdan həyatın sərt üzünü gördü. Maddi çətinliklər içində böyüsə də, ruhunu yoxsulluğa təslim etmədi. Müəllimlik peşəsini seçdi və Azərbaycanın kəndlərini qarış-qarış gəzərək kasıb ailələrin övladlarına elm öyrətdi. O, yaxşı bilirdi ki, millətin həqiqi xilası silahdan deyil, təhsildən, ana dilindən və milli şüurdan keçir.
Səməd Behrəngi təkcə müəllim deyildi. O, xalqının dərdini qəlbində daşıyan bir yazıçı, bir ziyalı idi. Azərbaycan türklərinin folklorunu topladı, nağıllarını, atalar sözlərini, xalq ədəbiyyatını gələcək nəsillərə çatdırmaq üçün yorulmadan çalışdı.
Onun dünyaya şöhrət qazandıran "Balaca Qara Balıq" əsəri yalnız uşaqlar üçün yazılmış nağıl deyil. Bu əsər azadlığın, cəsarətin, haqq uğrunda mübarizənin və sərhədləri aşan düşüncənin rəmzidir. Kiçik balığın böyük dənizə doğru üzməsi, əslində, azad yaşamaq istəyən insanın taleyidir.
Səməd Behrənginin zəngin yaradıcılığı "Bir Şaftalı Min Şaftalı", "24 Saat Yuxuda və Oyaq", "Çuğundur Satan Oğlan", "Koroğlu və Keçəl Həmzə", "Bir Günlük Xəyal və Həqiqət", "Ulduz və Qarğalar", "Ulduz və Danışan Gəlincik" kimi əsərlərlə daha da zənginləşmişdir. Onun bütün yaradıcılığı insanı düşünməyə, cəmiyyətə başqa gözlə baxmağa və azad yaşamağa çağırır.
1968-ci il avqustun 31-də cəmi 29 yaşında Araz çayında müəmmalı şəkildə həyatını itirdi. Rəsmi məlumatlarda onun boğulduğu bildirilsə də, uzun illərdir bu ölümün təsadüfi olmadığı barədə müxtəlif fikirlər və araşdırmalar mövcuddur. Araz o gün bir gənc müəllimi öz qoynuna aldı, amma onun ideyalarını, qələmini və adını boğa bilmədi.
Bu gün Araz çayına baxanda elə bilirsən ki, dalğalar hələ də onun adını pıçıldayır. Təbrizin küləkləri yarımçıq qalmış arzularını daşıyır. Güney Azərbaycanın hər daşı, hər qayası, hər məktəbi Səməd Behrənginin izlərini yaşadır.
Belə insanlar ölmürlər.
Onlar bir millətin yaddaşına çevrilirlər.
Onlar hər dəfə ana dilində yazılan bir kitabda, azadlıq haqqında deyilən bir sözdə, haqq uğrunda mübarizə aparan bir gəncin baxışlarında yenidən doğulurlar.
Ruhun şad olsun, böyük ustad!
Sənin ömrün cəmi iyirmi doqquz il çəkdi, amma adın əsrlərə yazıldı. Sənin qələmini qıra bilmədilər, çünki o qələm artıq milyonlarla insanın vicdanında yazmağa davam edir.
Sona Abbasəliqızı
Prezident mükafatçısı
Araşdırmaçı-tədqiqatçı
Yorumlar
Yorum Gönder